Hadisə
Tanınmış jurnalisti döyüb ayağını sındırdılar - VİDEO
Hərbi jurnalist Rahib Qərib yaşadığı evin yaxınlığında bir qrup naməlum şəxsin hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı Baku TV-yə açıqlama verən jurnalist bildirib ki, insidentlə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
"Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər. Yerə yıxıldım, qalxmağa fürsət tapmadım. İki-üç nəfər məni bir-birinə atmağa başladı. Onlardan yalnız birini xatırlayıram, digərləri yadımda deyil. Aldığım zərbələr nəticəsində topuğum çatlayıb, hazırda gipsdədir. Ayağımda da qırıq var. Hələ də dəqiq anlaya bilmirəm ki, bu hadisənin arxasında nə dayanır. Çox gözlənilməz və ağlasığmaz bir vəziyyət idi. Ümid edirəm ki, araşdırmalar nəticəsində həqiqət üzə çıxacaq", - Rahib Qərib bildirib.
Ətraflı süjetdə:
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək
-
Nida Xəbər 14 Yanvar 20:48Azərbaycanı ləkələmək istəyən ermənilərin səhifələri aşkarlandı - FOTOLAR
-
Avropa14 Yanvar 20:24Fransada yumurta və kruasan qıtlığı yarandı - Səbəb bu imiş
-
Nida Xəbər 14 Yanvar 20:12Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu




































