Yekaterinburqda məhkəmə 6 azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçdi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Yekaterinburqda məhkəmə 6 azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçdi - YENİLƏNDİ

Yekaterinburqda məhkəmə 6 azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçdi - YENİLƏNDİ

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Publika.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, azərbaycanlıların işi üzrə təqsirləndirilən altıncı şəxs olan Bəkir Səfərov da 72 saat müddətinə həbsdə saxlanılacaq.

***

Yekaterinburqun Leninski Rayon Məhkəməsi Şahin Lalayev barəsində 3 günlük həbs qətimkan tədbiri seçib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

***

Yekaterinburqda saxlanılan Ayaz Səfərov barəsində Leninski Rayon Məhkəməsinin qərarı ilə 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

***

Yekaterinburqun Leninski Rayon Məhkəməsi Akif Səfərov barəsində həbs-qətimkan tədbiri seçib.

Publika.az xəbər verir ki, o, 22 günlüyünə istintaq təcridxanasına göndərilib.

***

Yekaterinburqda zor tətbiq edilərək saxlanılan Məzahir Səfərov barəsində Leninski Rayon Məhkəməsinin qərarı ilə 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda isə məhkəmə zalına iş üzrə təqsirləndirilən başqa bir şəxs — 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib. O da 2000-ci illərin əvvəllərində Yekaterinburqda baş vermiş hadisələrlə əlaqədar şübhəli sayılır.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin tətbiqi üçün məhkəməyə vəsatət verib. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

***

Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilən azərbaycanlıların adları məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, onlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Səfərovdur.

Vüqar və Məhəmməd Səfərovlar kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıb. Kamal Səfərov isə hazırda reanimasiyadadır.

***

Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlılar məhkəməyə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"İyunun 29-da bir qrup azərbaycanlı Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilib. Onlar bir neçə qətldə və adam öldürməyə cəhddə ittiham olunurlar.

İstintaq materiallarına görə, cinayətlər 2001, 2010 və 2011-ci illərdə törədilib. İttiham olunan şəxslərin ömürlük həbs cəzası alma ehtimalı var", - məlumatda deyilir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.

Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

(Teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm