Hadisə
Naxçıvanda ev yandı
Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın olub.
Publika.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evində baş verən yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 126 kvadratmetr olan birmərtəbəli evin mətbəx hissəsinin tavanı, salon otağında olan 1 ədəd divan və yaşayış evinin açıq eyvanının 3 kvadratmetr tavan hisəssi yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
-
Hadisə11:50"Azərişıq"ın əməkdaşı iş başında öldü
-
Hadisə11:20Ölkəyə fotoaparat və telefonda qızıl külçələr keçirməyə çalışdılar - FOTO
-
İdman10:53Messini Hindistanda on minlərlə insan belə qarşıladı - VİDEO
-
Ekologiya10:40Qaxa qar yağdı
-
MDB10:11Rusiya ərazisi vuruldu, ölənlər var
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür
































