Hadisə
Gəncədə təlim keçirildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Dəmiryol nəqliyyatında qəzalar zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.
Publika.az xəbər verir ki, təlimə FHN-in Gəncə Regional Mərkəzinin və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat hadisələri zamanı qəzaya uğramış qatarlardan və avtonəqliyyat vasitələrindən zərərçəkmişlərin xilas edilməsi ilə bağlı xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı “deformasiyaya uğramış” nəqliyyat vasitəsindən “zərərçəkmişləri” təxliyə edərək, onlara “təxirəsalınmaz ilkin yardım” göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
























.jpg)















