Hadisə
Xətainin abidəsindəki yazı etiraz yaratdı: Onu kim edib? - FOTO
Sosial şəbəkədə Bakı şəhərindəki Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəli ilə bağlı müzakirə açılıb.
Publika.az Modern.az-a istinadən xəbər verir ki, ictimai fəal Sənan Nəcəfov Xətainin heykəlinin fotolarını sosial şəbəkədə paylaşaraq abidənin üzərindəki bir yazıya diqqət çəkib.
O bildirib ki, heykəlin üzərindəki "ŞAH İSMAYIL XƏTAİ" sözü yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədılmış metal lövhədə kiçik hərflərlə “посвящается внуку Исмаилу Aтакушеву – Ибрагим Зейналов” ("nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov") cümləsi də yazılıb.
S.Nəcəfov dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsinə icazənin verilib-verilmədiyini sual edib.
“İkincisi, abidə tarixi şəxsiyyətə – Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?
Mən bildiyim budur: Rəsmi qaydada dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi üçün hər hansı xüsusi dövlət icazəsi mövcud deyil və bu, adətən qanunvericiliyə, eləcə də memarlıq-estetik standartlara ziddir.
Digər tərəfdən, belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək yaradıcı intizamın və peşəkar etikanın pozulması kimi qiymətləndirilir. Adətən bu cür detallar dövlət komissiyasının qəbulundan gizli şəkildə, sonradan əlavə oluna bilir”, - deyə S.Nəcəfov qeyd edib.
Məsələyə sosial şəbəkədəki digər izləyicilərlə yanaşı, Xətai rayonun keçmiş icra başçısı (16 avqust 1992 – 12 iyul 1993) Zəlimxan Məmmədli də münasibət bildirib. O deyib ki, həmin yazı abidəyə sonradan əlavə olunub və bunu düzgün hesab etmir:
“Bu abidəni 1992-ci ilin sonlarında Xətai rayonun icra başçısı olaraq mən sifariş etmişəm. Abidənin açılışı isə 1993-cü ilin iyun ayında baş tutub. İbrahim Zeynalov abidənin müəllifidir. O abidənin açılışının mitinqini şəxsən mən etmişəm, lenti rəhmətlik Bakının o vaxtkı meri Rauf Gülməmmədovla birlikdə kəsmişik. Hər il iyul ayının 17-də - hökmdarın doğum günündə abidəni ziyarıt edirəm. Nəvəyə hədiyyə yazısı yenidir. Nə açılışda, nə də sonrakı vaxtlarda görməmişəm. Dövlət sifarişi və vəsaiti ilə ucaldılan abidəni şəxsi emosiyaları təmin etmək üçün istifadəsini doğru hesab etmirəm”.
Müzakirəyə qoşulanlar rus dilindəki sözlərin Azərbaycan dilini dövlət dili elan etmiş dövlət başçısının abidəsinin üzərindən silinməsini vacib sayıblar.
Qeyd edək ki, Azərbaycanın Xalq rəssamı, heykəltaraş İbrahim Zeynalov 1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olub. O, 1971–1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973–1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub.
2008-ci ildə 74 yaşında vəfat edib.


-
Rəsmi xronika12:14İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
-
MDB12:03Lixaçev Putinə hesabat verdi: Ermənistanı tərk edə bilmərik
-
Sosial11:27Müəllimin həbsi ilə bağlı Qarabağ Universitetindən AÇIQLAMA
-
Kriminal11:00Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı
-
Hadisə10:39Qarabağ Universitetinin müəllimi həbs olundu
-
Sosial10:0633 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında dava - VİDEO
-
İqtisadi gündəm09:12Avro və rubl ucuzlaşdı - MƏZƏNNƏ
-
Ekologiya08:37Azərbaycanda hava dəyişir: Temperatur daha da düşəcək - İlk qar yağacaq






.jpg)
.jpg)



.jpg)





.jpg)

















.jpg)
.jpg)

