Hadisə
Qohumunun evindən 80 min manatlıq oğurluq edən qadın tutuldu
Gəncədə qohumunun evindən oğurluq edən qız saxlanılıb.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə şəhər sakini Səmayə Məmmədova idarəyə müraciət edərək bildirib ki, Yeni Gəncə qəsəbəsində ona məxsus mənzildən 80 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən S. Məmmədovanın bacısı nəvəsi, Şəmkir rayon Mahmudlu kənd sakini, 1995-ci il təvəllüdlü Həcər Muradova saxlanılıb.
O, oğurluq etdiyini etiraf edib və oğurladığı qızıl zinət əşyalarını istintaqa təhvil verib.
H. Muradova anasının xəstə olduğunu və ona dərman almaq üçün oğurluq etdiyini bildirib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.
-
İdman20:50“Qarabağ” - “Ayaks”a qarşı - Heyətlər açıqlandı
-
Elm və təhsil20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO
-
Sosial20:00Bakıda daha bir məşhur bazar SÖKÜLÜR
-
İdman19:50“Qarabağ” – “Ayaks” oyunu təxirə salınır? - Klub açıqladı
-
Elm və təhsil18:50Yeni təyin olunan rektor kimdir? - DOSYE
-
Sosial17:53Əli Əsədov sərəncam imzaladı
-
Rəsmi xronika17:43Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Nida Xəbər 17:30Prezidentə yalan deyilib: Ramiz Mehdiyev onların adını siyahıdan çıxarıb




























.jpg)







