Hadisə
Bakıda tikinti şirkətinə basqın - yaralılar var
Bakıda tikinti şirkətinə basqın olub.
Bu barədə Trend-ə vəkil Vüqar Babayev məlumat verib. Vəkil bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Eurostroy-S" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib: "Şirkət həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri üçün mənzillər inşa edir. Rafael Qarayev adlı idmançı və Füzuli adlı tanışı bir qrup idmançı dostu ilə birlikdə şirkətin ofisinə basqın ediblər. Onlar ofisi dağıdıb şirkətin məsul əməkdaşları Bəxtiyar Təhməzov və İlqar adlı şəxsi xüsusi amansızlıqla döyərək onlardan pul tələb ediblər. Şirkətin ölümcül döyülən əməkdaşlarının hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda vəziyyətləri ağırdır".
Vəkil bildirib ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanıb.
Yasamal rayon Polis İdarəsindən faktı təsdiqləsələr də, hazırda hadisə ilə bağlı saxlanılan şəxslərin olub-olmaması barədə məlumat verilməyib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)