Hadisə
“Qanun”da bomba həyəcanı - Polis binanı əhatəyə alıb (YENİLƏNİB)
Ötən gün axşam saatlarında axtarış aparmaq üçün “Qanun” nəşriyyatına gələn polis əməkdaşları binanın ətrafında post qurub.
APA-nın xəbərinə görə, bu barədə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Facebook" səhifəsində yazıb. O, nəşriyyatın binasının ətrafında 3 yerdə post qurulduğunu bildirib. Şahbaz Xuduoğlu həmçinin bildirib ki, polis mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüb.
Qeyd edək ki, ötən gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olduğuna görə gəliblər. Lakin, Şahbaz Xuduoğlunun bildirdiyinə görə, axtarış aparmaq üçün hər hansı sənəd təqdim etmədiklərinə görə, onlar binaya buraxılmayıblar.
Şahbaz Xuduoğlunun hüquqi nümayəndəsi, vəkil Yalçın İmanov bildirib ki, Ş.Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin hələlik binaya daxil olması mümkün olmayıb.
***
Bu gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya
bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə
məlumat daxil olduğuna görə gəliblər. Lakin Şahbaz Xuduoğlunun
bildirdiyinə görə, axtarış aparmaq üçün hər hansı sənəd təqdim
etmədiklərindən onlar binaya buraxılmayıblar.
Şahbaz Xuduoğlunun hüquqi nümayəndəsi, vəkil Yalçın İmanov bildirib
ki, hazırda hadisə yerindədir: “Polis binanı əhatəyə alıb. Onlar
bildiriblər ki, nəşriyyatın binasına bomba qoyulması barədə məlumat
daxil olub, lakin axtarış aparmaq üçün heç bir hüquqi sənəd təqdim
olunmayıb. Şahbaz Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin
hələlik binaya daxil olması mümkün olmayıb".
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)