Hadisə
Xaçmazda taksiyə basqın edildi
Xaçmaz rayonunda naməlum şəxslər taksi sürücüsünə xəsarət yetiriblər. ANS PRESS-in Şimal bürosunun məlumatına görə, gecə saatlarında dayanacaqda 41 yaşlı taksi sürücüsü İsmayıl Azayevin maşınına 2 nəfər sərnişin əyləşib.
Sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb. Nəticədə tanımadığı şəxslər sürücüyə boyun nahiyəsindən kəsici alətlə xəsarət yetiriblər. Yaralı İ. Azayev dərhal Xaçmaz Rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Burda lazımi yardımdan sonra İsmayıl Azayev özünə gəlib.
Sürücünün dediyinə görə, mübahisəyə səbəb sərnişinləri ilə razılığa gələ bilməməsi olub. Maşına əyləşən şəxslər taksiyə gedəcəkləri yeri deyib. İsmayıl Azayev isə sərnişinlərə yolun bağlı olduğunu, gedə bilməyəcəyni çatdırıb. Sərnişinlərin kobud davranışı mübahisəyə gətirib çıxarıb. Nəticədə maşından enərək taksi sürücüsü İsmayılla əlbəyaxa olublar. Bu zaman onlardan biri kəsici alətlə İ. Azayevi yaralayıb.
Artıq Xaçmaz polisi taksi sürücüsünü xəstəxanalıq etmiş 2 nəfər Xaçmaz sakinini istintaqa cəlb edib. İlkin araşdırma nəticəsində İsmayıl Azayevə basqın edənlərin Xaçmaz sakinləri Aydın Paşayev və Tahir İsayev olmaları müəyyən edilib. Sürücüyə xəsarəti Aydın Paşayevin yetirməsi də məlum olub. A. Paşayev sürücüyə ülgüc ilə xəsarət yetirib. Fakt istintaq bölməsində araşdırılır.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)