Hadisə
Tərtərdə raket hissəsi tapıldı - FOTO
Tərtər rayonunda raket hissəsi aşkar edilib. Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Tərtər rayonu
Cəmilli kəndi - 1 əkin sahəsində və 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 10 000 kv.m ərazi yoxlanılıb.
Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə, 1 əkin sahəsində, 9 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 28 000 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Quzanlı kəndi - 1 əkin sahəsinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 3000 kv.m ərazi yoxlanılıb.
Qaradağlı kəndi - 1 ev və həyətyanı sahədə, 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 7000 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 2440 kv.m ərazi yoxlanılıb.
İyun 16-da 5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 19 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 50 440 kv.m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 16 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 610 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 532 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
-
MDB10:468 il sonra üzə çıxan cinayət: Biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
-
ABŞ10:35Mask da Zelenskiyə qarşı çıxdı: "Ukrayna yeni lider tapmalıdır!"
-
MDB10:13Küçədə dəhşət: Uşaqlarını boğan ana zərərsizləşdirildi - Video
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
İdman09:46Tanınmış idmançı xərçəngin qurbanı oldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı














.jpg)














.jpg)




