Hadisə
Ər arvadı ilə dalaşdı, evi yandırdı - FOTOLAR
Ucar sakini yaşadığı evi yandırıb.
Hadisə bu gün Ucar rayonunun Qazyan kəndində qeydə alınıb. Kənd
sakini 1979-cu il təvəllüdlü Yaşar Məcid oğlu Qafarova məxsus 2
mərtəbəli evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə
Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə Hissəsinin iki
yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı
ümumi sahəsi 160 kvadratmetr olan ev, əşyaları ilə birlikdə yanaraq
külə dönüb.
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. İlkin məlumata görə, yanğını içkili vəziyyətdə olan ev sahibi Y. Qafarov həyat yoldaşı ilə mübahisə etdikdən sonra yandırıb. Yaxınları bildirib ki, içki aludəçisi olan Y. Qafarov son günlər evdə tez-tez dava-dalaş salır və bu barədə hətta Ucar rayon Polis Şöbəsinə də məlumat verilib. Lakin onun barəsində heç bir tədbir görülməyib. Hadisənin dəqiq baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq. (APA)
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)