Hadisə
Partiya sədrinin başına gələnlər: “Soruşdular ki, "102-yə zəng etmisiniz?" – FOTO
“Azərbaycanda sığorta sistemi nəinki bərbaddır, həm də insanların əsəb sisteminin pozulmasının əsas səbəblərindən biridir. Bu barədə hər zaman yazmışıq və demişik, tədbir görülməyib. Bank sistemindən sonra ən bərbad, qeyri-sağlam və insanların cibinə haqsız girən qurum sığortadır”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının narazı qanadının sədri Razi Nurullayev deyib. O bildirib ki, bu qənaətə ötən gün baş vermiş hadisədən sonra gəlib: “Dünən yaşadığım binanın qarşısında dayanan avtomobilimin arxa şüşəsinin üzərinə yuxarı mərtəbədən bir nəlbəki düşdü. Arxa şüşə çilik-çilik oldu. Yəqin ki, yuxarı mərtəbədə çay içənlərin birinin əlindən düşüb. Sadəcə qəza, xoşagəlməz hadisə. Məsələni böyütmədim. Mən də yaza bilərdim, Azərbaycanın bir çox siyasətçilərinin əli göydədir ki, nəsə bir hadisə olsun, onlar da gündəm yaratsınlar, mənə sui-qəsd var, məni öldürmək istəyirlər, sığınacaq istəyirəm, kəsdilər, öldürdülər, xilas edin və s. kimi ifadələr…
“Bakı” sığortanın nümayəndələri gəldi. Üz-gözlərini turşuda-turşuda "102-yə zəng etmisiniz?" – deyə soruşdular. Biz də dedik ki, xeyr, burada cinayət hadisəsi yoxdur. Maşının arxa pəncərəsi üzərinə bir nəlbəki düşüb və arxa şüşə çiliklənib. Yəqin ki, uşaq əlindən salıb. Dedilər ki, yox, mütləq 102-yə zəng etməlisiniz, yoxsa biz heç nə edə bilmərik. 102-yə zəng etdik. Sürücü yaxınlıqdakı polis idarəsinə gedib bir neçə vərəq izahatı doldurdu, çoxlu sayda suallara cavab verdi”.
R.Nurullayev bildirib ki, hüquqi proseduralar yerinə yetirilməkdədir: “Qanunla 10 gün araşdırma getməlidir, cinayətkarlar yaxalanmalıdır və s. Biz anlaşa bildik ki, bunu çox uzatmayın, sadəcə təsadüfi qəzadır. Kağızımızı verin və biz də gedək sığortaya. Yəqin ki, inşallah bu gün həll olunar. Məsələ bunda deyil, məsələ sığorta sisteminin vətəndaş üçün gərginlik mənbəyi olmasıdır”.
Anar
-
MDB10:468 il sonra üzə çıxan cinayət: Biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
-
ABŞ10:35Mask da Zelenskiyə qarşı çıxdı: "Ukrayna yeni lider tapmalıdır!"
-
MDB10:13Küçədə dəhşət: Uşaqlarını boğan ana zərərsizləşdirildi - Video
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
İdman09:46Tanınmış idmançı xərçəngin qurbanı oldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı














.jpg)














.jpg)




