Hadisə
Kreditini ödəmədiyi üçün həbs olundu - VİDEO
Şəkidə kreditini ödəmədiyinə görə bir nəfər həbs edilib.
Rayonun Qoxmuq kənd sakini Şəlalə Abdurrəhimova iddia edir ki,
onun qardaşı işləyir və götürdüyü krediti ödəyir. Lakin son vaxtlar
ödəməni gecikdirdiyinə görə polis tərəfindən saxlanılıb.
38 yaşlı Böyük Dəhnə kənd sakini Zahir Səmədovun hazırda rayonda
bir banka 3717,45 ABŞ dolları borcu var. Krediti ümumiyyətlə
ödəmədiyinə görə həmin bank məhkəməyə müraciət edib.
Şəki şəhər icra şöbəsindən dəfələrlə müraciət edilməsinə baxmayaraq
Zahir Səmədov məhkəmə qərarını icra etməyib.
Zahir Səmədov 24 may 2016 cı il tarixli bildirişə məhəl qoymadığı,
borcunun heç bir hissəsini ödəmədiyi üçün Şəki rayon Məhkəməsinin
qərarına əsasən 10 günlük həbs edilib.
Rayon polis şöbəsinin rəis müavini Vüqar Xəlilov bildirir ki, belə
hallarda məhkəmə qərarını icra etmədiyi üçün yalnız məhkəmənin
çıxardıgı qərar ilə polis şöbəsində saxlanma ola bilər. Problemli
kreditə görə polis heç kimi saxlamır. (“Xəzər Xəbər”)
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)