Hadisə
“Space”-in əməkdaşının evi yandı - FOTO (YENİLƏNİB)
Göyçay rayonunda yanğın olub.
Hadisə bu gün saat 15:00 radələrində Göyçayın Yekəxana kəndində
qeydə alınıb.
Kənd sakini Rəşidov Rəşad Valeh oğluna məxsus evin həyətindəki
mal-qara tövləsində baş verən yanğın havanın küləkli olması
səbəbində qısa müddətdə geniş ərazini əhatə edib. Hadisə
nəticəsində tövlə və onun damındakı 2 ton ot, 31-BC-075 dövlət
nömrə nişanlı “QAZ 2410” markalı minik avtomobili, yaxınlıqdakı
pomidor istixanası və meyvə ağacları yanıb.
Hadisə yerinə FHN Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3
yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, alovun
yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə
zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik məlum
deyil.
Qeyd edək ki, R. Rəşidov “Space” TV-nin əməkdaşıdır. Yanğın baş verən zaman o, Ağdaşda olduğundan hadisədən gec xəbər tutub. Hadisə nəticəsində R. Rəşidovun şəxsi əmlakına 8 min manat ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (APA)
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)