Hadisə
Sabiq icra başçısının oğlunun qatili damarlarını doğradı
Bir neçə il əvvəl Şəmkir rayonunun keçmiş icra başçısı
Aslan Aslanovun oğlunu qətlə yetiirdiyinə görə ömürlük azadlıqdan
məhrum edilmiş Vüqar Əliyev intihara cəhd edib.
O, cəza çəkdiyi Qobustan qapalı həbsxanasından Kürdəxanıdakı 1
saylı İstintaq təcridxanasına aparılan vaxt damarlarını
doğrayıb.
Buna səbəb V.Əliyevə telefonu satana yox, ona əlavə cəza
verilməsinə etiraz etməsidir. Bu barədə ömürlük məhbusun anası
Məlahət İsmayılova məlumat verib.
Xatırladaq ki, bir müddət əvvəl məhbusun anası oğlunun başına
gələnlərlə bağlı ətraflı məlumat vermiş, eyni zamanda oğlunun ona
qarşı haqsızlıqlara son qoyulmayacağı halda ölüm mesajını
çatdırmışdı.
Məlumat üçün bildirək ki, Vüqar Əliyev o dövrdə nişanlısı olmuş
Lamiyə Quliyeva ilə birlikdə yaşadıqları Şəmkir rayonunun icra
başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək
həbs olunub. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə
Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il (hadisə baş
verərkən Lamiyənin 16 yaşı tamam olmamışdı və qanun yetkinlik
yaşına çatmayan şəxsə 10 ildən artıq cəza verilməsini qadağan edir)
azadlıqdan məhrum edilmişdi.
Həbsxanada olduğu müddətdə Lamiyə Quliyevanın cəzası daha iki dəfə artırılmış, 2015-ci ilin əvvəlində o, cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirəndən sonra azadlığa buraxılmışdı. Vüqar Əliyev günahsız olduğunu bildirir və işinə yenidən baxılması, ömürlük cəzanın müddətli həbslə əvəz olunması üçün dəfələrlə aidiyyəti orqanlara müraciət edib. (Criminal.az)
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi





































.jpg)
.jpg)