Hadisə
Bakıda supermarket yandı: 90 nəfər... - FOTOLAR (YENİLƏNİB)
Fövqəladə Hallar nazirliyi (FHN) Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat açıqlayıb.
Publika.az-ınFHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4000 kvadratmetr “BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb.
Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yaxınlığındakı "BigStore" supermarketində baş verən yanğın söndürülüb.
Sabunçu Polis İdarəsindən verilən məlumata görə, FHN-in əməkdaşlarının səyi nəticəsində yanğın tam olaraq söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
***
Bakıda fəaliyyət göstərən supemarketlərdən biri yanır.
Publika.az-ın Lent.az-a istinadən verdiyi məlumatına görə, Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yaxınlığındakı "BigStore” supmarketində yanğın baş verib. Yanğının supermarketin anbarında başladığı bildirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışır. Marketdəki insanların hamısı təxliyə edilib.
Sabunçu rayon 13-cü Polis Bölməsindən bildiriblər ki, hazırda yanğın davam edir. Bölmənin əməkdaşları hadisə yerindədirlər.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub


































.jpg)




