Hadisə
Tərtərdə toy karvanında qəza: ölən və yaralananlar var - FOTOLAR
Tərtərdə toy karvanında qəza baş verib.
Hadisə Tərtərin “Dörd yol” adlanan ərazisində baş verib. Maşın karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı “Niva” markalı avtomobillə toqquşub. “Niva” markalı avtomobil Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, “Mercedes” markalı avtomobil Rüstəmov Şəhriyar Valeh oğluna məxsusdur.
Toqquşma nəticəsində “Mercedes” markalı maşın yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.
Ağdam MRX-dan APA-ya verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.
Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib




































.jpg)
.jpg)