Hadisə
Şəki qəbirstanlığında oğurluq edənlər tutuldu
Şəkidə qəbirstanlıqdan oğurluq edən Mingeçevir sakinləri saxlanılıb.
Publika.az Report-a istinadən xəbər verir ki, oğurluq hadisəsi Şəkinin Çayqaraqoyunlu kənd qəbirstanlığında qeydə alınıb. Kənd sakinləri Şəki şəhər rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaxınlarının qəbirlərinin ətrafında olan dəmir məhəccərlərin yoxa çıxdığını bildiriblər.
Dərhal əməliyyat axtarış tədbirləri həyata keçirən polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir sakinləri 1967-ci il təvəllüdlü Davud Ələmşah oğlu Quliyevi və 1988-ci il təvəllüdlü Faiq Elbrus oğlu Qasımovu saxlayıblar.
İlkin dindirilmə zamanı şübhəli şəxslər əməllərini etiraf ediblər. Onlar bildiriblər ki, Mingəçevirdən iş axtarmaq məqsədilə Şəkiyə gəliblər və yol kənarında qəbirstanlığı gördükdə oradan dəmir məhəccərləri oğurlamaq qərarına gəliblər. Oğurladıqları dəmirləri isə yaşadıqları Mingəçevir şəhərində satıblar.
Faktla bağlı Şəki şəhər rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı














.jpg)








.png)














.jpg)