Hadisə
Yol polisi sürücünü qovarkən piyadanı vurdu, özü isə döyüldü - VİDEO
Bir neçə gündür ki, yol polisinin piyadanı vurması görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntüdə belə anlaşılır ki, yol polisi sürücülərdən birini qəsəbədə qovarkən yolu keçmək istəyən piyadanı vurub. Bu zaman qəsəbə sakinləri yol polisinə hücum edərək ona və patrul maşınına zədələr yetiriblər. Baki Şəhər Dövlət Yol Polis İdarəsi isə baş verənlərin tam əksini deyir.
Bu görüntülər təxminən 10 gün əvvəl paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində lentə alınıb. Bir qrup qəsəbə sakini ''99-YP-288'' dövlət nömrə nişanlı patrul avtomobilinin sürücüsü ilə mübahisə edir. Səbəb kimi isə sakinlər iddia edirlər ki, yol polisi qəsəbədə sürücünü qovarkən yolu keçmək istəyən piyadanı vurub.
Hadisədən sonra bir qrup qəsəbə sakini polisə təzyiq edib. Görüntüdə kişilər polis avtomobilini yumruqlayır, qadınlar isə polis əməkdaşını vururlar.
Sözügedən hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirlərə səbəb olub.
Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi bölməsinin rəisi Vaqif Əsədov qeyd edib ki, əslində hadisə sakinlər tərəfindən çəkilən kadrlardakı kimi deyil. Bölmə rəisi bildirib ki, ərazidə xidmət aparan yol polisləri minik maşınlarından birinin sürücüsünü sərxoş olmasını ehtimal edərək ona saxla işarəsi veriblər. Polisə tabe olmayan sürücü qəsəbəyə girib. Bunu görən qəsəbə sakinlərindən biri özünü maksimum sürəti saatda 20 olan patrul avtomobilinin qarşısına atıb. Həmin an hətta yol polisinin avtomobilindəki ''videoregistrator''a da düşüb.
Patrul avtomobilindəki görüntüdə hadisədən dərhal sonra yol polisinin maşından düşüb yaralıya yardım etməsi də əks olunub. Amma əraziyə yığılan sakinlər isə yol polisinə müqavimət göstəriblər.
Qeyd edək ki, hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İlkin olaraq şübhəli şəxs qismində bir neçə hadisə iştrakçısı saxlanılıb.
-
Nəqliyyat22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin222:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar






































