Hadisə
Bakıda ana körpəsini mağazaya atıb qaçdı - YENİ DETALLAR - FOTO (YENİLƏNİB)
Publika.az-ın əməkdaşı bu hadisə ilə maraqlanıb və məlumat alıb ki, uşağın anası gizli nömrə ilə zəng edərək uşağı götürəcəyini bildirib. Eyni zamanda, şərt qoyub ki, sosial şəbəkələrdə bununla bağlı paylaşım silinsin.
Hadisəni ictimailəşdirən Elnarə Quliyeva isə dünən axşam belə bir status yazıb:
"Sukur KI her sey yoluna dusur. Bugun usaga baxan xanimdan melumat aldiq KI usagin tanislarindan tapilib,ve tanis polise cox guman KI xeyli info verecek. Polis ve usaga baxan xanim birlikde hemen korpeni atan gadini axtarisa verib. Inboxa xeyli sayda mektub gelib..maraglanan shexler sag olsun..insanliq daha cox yasayir bu olkede..demek nese Umid etmek olar..Coxunuza cavab vermeye imkanim olmur,uzrlu sayin"
Publika.az məsələni diqqətdə saxlayır və nəticəsi barədə oxuculara məlumat verəcək
***
16.08.2016 / 16:54
Bakıda ana körpə qızını mağazada işləyən tanımadığı qadının yanında qoyub gedib.
Bu barədə Elnara Quliyeva Karimova adlı istifadəçi sosial şəbəkədə yazıb:
"Bu gün ağır gün keçirtdim... Bilmirəm, hisslərimi necə, hansı sözlərlə düzgün ifadə edim, bilmirəm... Sifarişimlə bağlı tanış bir dükana girdim. Xeyli söhbət etdikdən sonra gördüm, balaca, 2 yaşında körpə qız yanında qısılıb sakit oturub. 2 yaşlı uşağın sakit oturmağı... Bu, içindəki acının dəhşətidir. Qız dedi: "21 gün öncə bir qadın gəldi ki, bu uşağı saxla, gəlirəm, çantam çöldə qalıb. O gedən gedib. Bu cümlələri eşidəndə ayağımın altından yer qaçdı. Məni tanıyanlar bilirlər ki, mən körpələrə və yaşlılara qarşı çox həssasam. Hönkürtü ilə körpəyə sarıldım. İnanmazsınız, körpə saçımı iyləyib boynuma elə sarıldı ki... Bu həyatda övladdan qiymətli nə ola bilər? Bu şeytan qəlbli... nə bilim, söz tapa bilmirəm... Belə şərəfsiz, əxlaqsız, cin ruhlu insanlara niyə allah övlad verir?..
Uşaqla xeyli vaxt keçirtdik, gəzdik, oynadıq. Ayrılanda da dalımca ağladı. Ona 21 gün baxan tanışıma bir az öyrəşib. Birtəhər başını qatıb gizlənə-gizlənə çıxdım.
Bəlkə, bu uşağın qohumları, qonşuları gördülər. Məlumatı olan yazsın..."
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR






































