Hadisə
Ukraynada azərbaycanlını soydular
Ukraynanın Poltava Şəhər Məhkəməsi 55 yaşlı Azərbaycan vətəndaşına qarşı quldur hücumu etmiş 4 şəxsə dair ittiham aktını məhkəməyə göndərib.
Publika.az xəbər verir ki, bu barədə Poltava vilayəti prokurorluğunun mətbuat xidmətinə istinadən UNN məlumat yayıb. Məlumata görə, iki qadın azərbaycanlının kirayə qaldığı evə gəlib. Sonradan onlardan biri mənzili müvəqqəti olaraq tərk edib və geri iki kişi ilə qayıdıb. Çağırılmamış qonaqlardan biri zərərçəkmişi döydüyü zaman, hadisənin digər iştirakçıları mənzili axtarmaqla məşğul olub. Mənzildən 100 ABŞ dolları, mobil telefon, dərman, geyim və zərərçəkmişin digər şəxsi əşyalarını götürən canilər, oranı tərk ediblər. Yekunda onlar hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Onların hamısı Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi üzrə, yəni qabaqcadan əlbir olaraq zorakılıq yolu ilə başqasının əmlakını mənimsəmək üçün hücum təşkil etməkdə ittiham olunurlar. (Report)
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib



































.jpg)
.jpg)