Hadisə
DİN-dən Rövşən Lənkəranski AÇIQLAMASI
Ötən gecə İstanbulda güllələnən "Rövşən Lənkəranski" ləqəbli məşhur kriminal avtoritet Rövşən Canıyevin cənazəsinin özəl təyyarə ilə Azərbaycana gətirilməsi üçün hazırlıqlar getdiyi bildirilir.
Hərçənd ki, bəzi saytlar "Rövşən Lənkəranski"nin hələ ölmədiyini, xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdə olduğunu iddia edir. Qohumları isə onun artıq keçindiyini, cənazəsinin vətənə gətirilərək Lənkəranda dəfn olunacağını bildiriblər.
Azərbaycan Daxil İşlər Nazirliyi isə "Rövşən Lənkəranski"nin Türkiyədə öldürülməsini şərh etmir.
Publika.az bildirir ki, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında deyib ki, əgər hadisə Türkiyədə baş veribsə, bu ölkənin hüquq-mühafizə orqanları araşdırmalıdır. Bununla belə, Ehsan Zahidov onda Rövşən Canıyevin öldürülməsinə dair rəsmi məlumatın olmadığını deyib.
DİN rəsmisi Azərbaycanda heç bir "vor zakon"un olmadığını da əlavə edib: "Biz insanlara ölkə vətəndaşı kimi baxırıq. Bizim üçün ancaq qanuna əməl edən və etməyən vətəndaş anlayışı var. İkincilərlə qətiyyətli mübarizə aparırıq. Heç bir "vor zakon" tanımamışıq və tanımırıq, Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib. Vətəndaş Rövşən Canıyevin öldürülməsinə gəldikdə isə əgər bu hadisə Türkiyədə baş veribsə, qoy onlar özləri araşdırsınlar".
Rövşən Canıyevin dəfnində "vor zakon"ların mümkün iştirakına gəldiksə isə Ehsan Zahidov bu variantı istisna edib. Bildirib ki, bütün qanunazidd hərəkətlərin qarşısı alınacaq. "Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur və ölkəyə gələn şəxslərin kimlikləri, onların məqsədləri dəqiqləşdirilir", - DİN rəsmisi bildirib.
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək




































.jpg)
.jpg)