Hadisə
Bərdədə AĞIR YOL QƏZASI - 3 ölü, 6 yaralı - FOTOLAR
Bərdədə 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəzada 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Publika.az Region TV-yə istinadən xəbər verir ki, hadisə Tərtər-Bərdə magistral yolunun Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bərdə istiqamətində yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi Tərtər istiqamətində hərəkət edən “Vaz-2106”, “Ford explorer” və digər minik maşını ilə toqquşub. Qəzaya səbəb olan “Mersedes”in sürücüsü hadisə yerindən qaçıb.
Hadisə zamanı “Vaz-2106” markalı minik maşınında olan Alim İsayev və onun həyat yoldaşı Vəfa İsayeva hadisə yerindəcə həyatını itiriblər. Həmin avtomobildə olan 37 yaşlı Müşfiq Cümşüdov, 55 yaşlı Rafael Məmmədov, 13 yaşlı Nuranə İsayeva və 3 yaşlı qız, digər minik maşınlarında olan 54 yaşlı Saleh Qasımov, 13 yaşlı Şahnaz Əlizadə, 16 yaşlı Sevil Şərifova ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
3 yaşlı körpə həkimlərin cəhdinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
Sosial09:38Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ

























.png)












