Hadisə
Lənkəranskinin cənazəsi məscidə gətirildi - FOTO/VİDEO (YENİLƏNİB)
Cənazə Kiçik Bazar məscidinə gətirilib. Meyit səhərə qədər məsciddə olacaq. Məlumata görə, bu müddət ərzində kim istəsə Rövşənin nəşini ziyarət edə bilər. Lənkəranskinin evinin sözügedən məsciddən təxminən 100 metr kənarda olduğu deyilir.
***
Cənazənin artıq məscidin içərisinə aparıldığı deyilir. Amma məscidin həyətinə mərhumun qohumlarından başqa, digər şəxslər buraxılmır.
***
Şəhər sakinləri hissə-hissə məscidə daxil olaraq məhrumla vidalaşıb, məscidi tərk edirlər.
00:47
Türkiyədə öldürülən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənləranski) cənazəsi Lənkərana gətirilib.
Aeroportda böyük izdiham müşahidə olunur. Hava limanında 2-3 min yerli sakinin olduğu bildirilir. Vətəndaşlar Lənkəranskinin cənazəsini evinə qədər, "Allahu Əkbər" və “Rövşən, Rövşən” deyərək yola salırlar.
Rövşən Canıyevin nəşinin evinə yola salınma mərasimindən çəkilmiş videonu təqdim edirik: (Qafqazinfo)
00:19
Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.
Bu barədə "Report"un Lənkəran şəhər hava limanında olan əməkdaşı məlumat verib.
İstanbul-Lənkəran xüsusi reysi ilə yola çıxan təyyarə Bakı vaxtı ilə saat 00:00-da Lənkəran şəhər hava limanına eniş edib. Azərbaycanın bütün rayonlarından 2 minə yaxın insan cənazəni qarşılamağa gəlib. Bu səbəbən Lənkəranın Kərgəlan kənd dairəsindən Gərmətük qəsəbəsi dairəsinə qədər olan yolda avtomobillərin sıxlığı yaranıb və hərəkət məhdudlaşıb.
R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.
23:30
"Qanuni oğru"nun ailəsinə yaxın adamların baku.ws-ə verdiyi məlumata görə, Rövşən Lənkəranskinin nəşinin saat 00:00 radələrində Lənkəran hava limanına enəcəyi gözlənilir. Nəşin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə yola salınacağı gözlənilir.
22:43
Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilir.
Publika.az xəbər verir ki, onun nəşini daşıyan özəl təyyarənin yaxın dəqiqələrdə Lənkəran aeroportuna enəcəyi gözlənilir.
Hazırda aeroportda böyük izdiham müşahidə olunur. Belə ki, onun xeyli sayda qohumu və həmyerlisi Lənkəranskinin nəşini qarşılamaq üçün hava limanına toplaşıb.
Rövşən Canıyevin sabah Lənkəranda dəfn olunacağı gözlənilir. Artıq dünyanın bir neçə ölkəsində, əsasən də Rusiyada yaşayan həmyerlilərimiz dəfn mərasimində iştirak etmək üçün bilet alıblar. Eyni zamanda, oğru dünyasına yaxın nüfuzlu insanların da dəfnlə bağlı Azərbaycana gəlməkdə olduğu haqda məlumatlar var. (Qafqazinfo)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq28 Avqust 14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region28 Avqust 13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya28 Avqust 12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi



























.jpg)







.jpg)

.jpg)
