Hadisə
Daha iki qatilin adı bəlli oldu - FOTO (YENİLƏNİB)
Dünən İstanbulda güllələnən tanınmış avtoritet Rövşən Lənkəranskinin ölümündə iştirak edən daha iki nəfərin adı məlum olub.
Publika.az xəbər verir ki, bunlar Zaur Sumqayıtlı və Vahid Bakinskidir. Uzun müddətdir Azərbaycanda axtarışda olan hər iki qatil Türkiyədə gizlənirdi.
Son vaxtlar Rövşən Lənkəranskinin kurasiyasında olan Zaur Sumqayıtlı onun tapşırıqlarını icra edirmiş. Qatillər Rövşən öldürüləndən dərhal sonra həbs olunub.
00:07
"Rövşən Lənkəranski" kimi tanınan kriminal avtoritet Rövşən Canıyevin İstanbulda qətlə yetirilməsindən az sonra "Hacı Beyləqanski" kimi tanınan Azərbaycan vətəndaşı Hacı Talıbxanlı Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Publika.az haqqın.az-a istinadən bildirir ki, H.Talıbxanlı İstanbuldakı Barbaros bulvarının yaxınlığındakı binalardan birində R.Lənkəranskinin dəstəsinin üzvləri ilə görüşündə iştirak edib. Bu görüş başa çatandan az sonra R.Lənkəranskinin olduğu Range Rover avtomobili üç naməlum şəxs tərəfindən avtomatlardan atəşə tutulub.
"Qoca Bakinski" qətlə yetiriləndən sonra bir dəstə "qanuni oğru" Azərbaycanın ən nüfuzlu "lotu"larından birinin ölümünün qisasını almağa and içibmiş. Onlar R.Lənkəranskini qətlə yetirməyə girəvə axtarırdılar. Bu səbəbdən R.Lənkəranskinin məhz "Qoca Bakinski"nin qətlə yetirildiyi gün, avqustun 18-də güllələnməsinin təsadüf olmadığı iddia olunur. Bu sui-qəsdin qisas olduğu vurğulanır.
Hacı Talıbxanlı digər qanuni oğru, "Qoca Bakinski" kimi tanınan Əlibala Əlisəftər oğlu Həmidovun qətlində də suçlanır.
Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı və yalnız R.Lənkəranskinin xüsusi tapşırıqları olanda Dubayı tərk edirdi.

-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək



















.jpg)
















.jpg)
.jpg)