Hadisə
Lənkəranskinin ata evindən - REPORTAJ - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün azərbaycanlı məşhur avtoritet Rövşən Canıyev (Lənkəranski) Türkiyədə silahlı hücuma məruz qalıb. Lənkəranski ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Son məlumatlara görə, Canıyevin cənazəsi bu gün axşam saatlarında doğulduğu Lənkəran şəhərinə gətirilib.
Publika.az azvision.az-a istinadən bildirir ki, Rövşən Canıyevın ölümündən şoka düşən lənkəranlılar onun cənazəsini gözləyirlər.
"Rövşənin ölüm xəbərini mətbuatdan oxuduq. Gözlərimizə inanmadıq. Dərhal ailə üzvləri ilə əlaqə saxlamağa çalışsaq da, alınmadı. Məlum oldu ki, onlar təcili Türkiyəyə gediblər. Bütün günü Allaha dua edirdik ki, Rövşənə heç nə olmasın. Ölüm xəbəri təsdiqlənəndə çox pis olduq. Allah rəhmət eləsin", - deyə şəhər sakinləri bildirib.
Lənkəranskinin ata evinə çoxlu sayda insan yığışıb. Ərazi polis nəzarətindədir. Yas mərasiminin keçirilməsi üçün hazırlıq işləri görülür.
Qonşuların sözlərinə görə, Rövşən Lənkəranski xeyli vaxtdır ata yurduna gəlmirmiş: "Çoxdandır ki, Rövşən buralara gəlmirdi. O, çox hörmətli, mərd oğlan idi. Rövşənin ölümü bütün lənkəranlıları yasa qərq edib. Kaş ki, ona heç nə olmayaydı. Rövşən öləsi oğul deyildi. Lənkəranda onlarla ailə onun hesabına dolanır. Burada işsiz gənclər Rövşənin dəstəyi ilə Rusiyada özlərinə iş qurublar. Rəhmətlik atası kimi Rövşən əltutan, kasıba kömək edən insan idi".
Şəhər sakinləri bildiriblər ki, Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Rövşən Canıyevin dəfnində iştirak etmək üçün Lənkərana gəlirlər.
"Rusiyada yaşayan qohumlarımızla əlaqə saxlamışıq. Onlar Azərbaycana gəlmək üçün təcili bilet alıblar. Hazırda yas mərasiminə hazırlaşırıq. Rövşənin adına layiq mərasim keçiriləcək. O, hamımızın arxası, köməyi olub. Rövşənin borcundan heç vaxt çıxa bilmərik. Allah ona rəhmət eləsin! Rövşən bizim qəlbimizdə yaşayacaq. O, Azərbaycanı bütün dünyada tanıdan oğul idi",- deyə sakinlər söyləyiblər.
Hazırda kənar şəxslərin yas mərasiminin keçiriləcəyi yerə daxil olmasına, çəkiliş aparılmasına icazə verilmir.
Əməkdaşımızın bildirdiyinə görə, Lənkəranda izdiham yaşanır. Şəhər sakinləri hava limanında və Kiçik bazar məscidinin qarşısında toplaşaraq Rövşən Lənkəranskinin cənazəsinin gətirilməsini gözləyirlər.
-
Magazin206:1625 yaşlı milyarder jurnal üçün çılpaq poza verdi - FOTO
-
Səhiyyə04:14Bu vitamin ağciyər xərçəngi riskini azaldır
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
























.png)
.jpg)












.png)