Hadisə
Axtarışda olan narkobaron Balakəndə həbs edildi - FOTO
Balakən polisi kriminal aləmdə “Kor Elçin” ləqəbi ilə tanınan narkobaron, 35 yaşlı Elçin Alvasovu həbs edib.
Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, RPŞ-nin axtarış-əməliyyat qrupunun əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
RPŞ-ə daxil olmuş məlumat əsasında uzun müddət cinayət məsuliyyətindən yayına bilən, rayonun Qazma kənd sakini, 1981-ci il təvəllüdlü Elçin Mehdi oğlu Alvasovun yaşadığı evdə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbiri keçirilib.
Tədbir zamanı Elçin Alvasovun yaşadığı evdən bir ədəd xaricdə istehsal olmuş barabanlı tapança və ona məxsus üç ədəd patron, salafan torbada çəkisi 1 kq 150 qram olan qurudulmuş marixuana, dörd ədəd 12 çaplı ov tüfənginə aid patronlar olan qatar, müxtəlif məqsədlər üçün istifadə edilən gecəgörmə cihazları, müxtəlif ölçülü kameralar, müxtəlif markalı mobil telefon və mobil telefon nömrələri, iki ədəd müxtəlif markalı noutbuk və digər aksessuarlar maddi sübut kimi götürülüb.
Tədbirlərin davamı olaraq Elçin Alvasovun yaşadığı evin həyətinə baxış zamanı müxtəlif banklar tərəfindən axtarışda olan “Lexus”, “BMW”, “Mercedes” və “VAZ 21015” markalı avtomaşınlar və bir neçə digər avtomaşınlara aid dövlət nömrə nişanları aşkar edilərək maddi sübut kimi götürülüb. Elçin Alvasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
RPŞ-dən verilən məlumatda o da qeyd olunub ki, E. Alvasov uzun illər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub. O, qonşu Gürcüstan və Rusiya ərazilərində də bu fəaliyyəti ilə tanınıb.
Faktla bağlı araşdırma aparılır.
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək



















.jpg)
















.jpg)
.jpg)