Hadisə
Ağdam və Tərtərdə top mərmilərinin qalıqları tapıldı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 19-da bir əkin sahəsi və otlaq sahəsində altı partlayış yerinə baxış keçirib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, gün ərzində 14 min kvadratmetr ərazi yoxlanılıb.
Publika.az ANAMA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam rayonunun Mahrızlı kəndində bir əkin sahəsində üç partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkarlanaraq götürülüb, 6.500 kvadratmetr ərazi yoxlanılıb.
Tərtər rayonunun Həsənqaya kəndində bir otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 7.500 kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 19-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, iki hərbi hissə, iki kənd qəbiristanlığı, beş kənd orta məktəbi, 1 tibb məntəqəsi, bir metal anbarı, 30 ferma, əkin sahələri, çaxır zavodu və çınqıl karxanası ərazisinə baxış keçirilib, 3.472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), bir ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
-
Magazin206:1625 yaşlı milyarder jurnal üçün çılpaq poza verdi - FOTO
-
Səhiyyə04:14Bu vitamin ağciyər xərçəngi riskini azaldır
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
























.png)
.jpg)












.png)