Hadisə
İranda Azərbaycan vətəndaşları intihara cəhd etdi: ana öldü, oğul isə...
İranın Təbriz şəhərində Azərbaycan vətəndaşları olan ana və oğlu intihara cəhd edib.
Onların hər ikisi Təbrizdəki Sina xəstəxanasına yerləşdiriliblər.
Bu şəxslərin 1966-cı il təvəllüdlü İbrahimova Əsli Ayəddin qızı və onun oğlu 2002-ci il təvəllüdlü İbrahimov Hüseyn Vəzir oğlu olduğu müəyyən edilib.
Sağ qalmış 14 yaşlı Hüseynin dediyinə görə, anası əczaxanadan dərman alıb, əvvəlcə ona içirib və daha sonra özü içib. Uşağın vəziyyətinin ağırlaşdığını görən anası özü onu xəstəxanaya gətirib. Xəstəxanada ananın da vəziyyəti ağırlaşıb. Ə.İbrahimova üç gün xəstəxanada huşsuz vəziyyətdə qalıb və sonra orada vəfat edib.
Azyaşlı Hüseyn İbrahimov hər şeyi anasının etdiyini, İranda qalmaq istədiyini və İrandan deportasiya edilməmələri üçün bu addıma əl atdığını deyib. O, Azərbaycanda heç bir qohum və yaxınları ilə əlaqəsinin olmadığını, anasının uzun illərdir qohumları ilə əlaqə saxlamadığını, qohumlarının ünvan və telefon nömrələrini bilmədiyini, anasının əslən Şamaxından olmasına baxmayaraq İrana gəlməmişdən öncə Lənkəranda yaşadığını bildirib. Məlum olub ki, İbrahimova Əsli 2015-ci ilin oktyabrından İrana gedib. O, depressiv xəstəliklərdən əziyyət çəkdiyinə görə psixotrop dərman qəbul edirmiş. İranda qanunla nəzərdə tutulmuş müddətdən artıq qaldığı üçün İranın müvafiq orqanları tərəfindən cərimələnib. Növbəti addım kimi o, İrandan deportasiya ediləcəkmiş.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev “Report”a açıqlamasında faktı təsdiqləyib. O, Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna İran İslam Respublikasının dövlət orqanları tərəfindən bu məlumat daxil olan kimi konsulluğun əməkdaşlarının xəstəxanaya gedərək vətəndaşların vəziyyəti ilə tanış olduqlarını və onların şəxsiyyətinin müəyyən edildiyini bildirib. H.Hacıyevin sözlərinə görə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin xətti ilə vəfat etmiş vətəndaşın Azərbaycanda bir nəfər yaxın qohumu müəyyən edilib: “Anası vəfat etmiş uşağa Baş Konsulluğun əməkdaşları tərəfindən bu müddət ərzində lazımı qayğı və diqqət göstərilib. İran İslam Respublikasının dövlət orqanları, xüsusilə bu ölkənin Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin dəstəyi ilə bütün sənədləşmələr aparılıb və cənazənin və uşağın İrandan çıxarılaraq, ölkəmizə gətirilməsi və 21 avqust tarixində qohumuna təhvil verilməsi təmin edilib”.
H.Hacıyev əlavə edib ki, xaricdə Azərbaycan Respublikası vətəndaşlarına qanun çərçivəsində konsulluq dəstəyinin göstərilməsi XİN-in fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO

























.png)











