Hadisə
Tanınmış jurnalist ölümdən döndü
Tanınmış jurnalist İlham Tumas Novxanı çimərliyində dostları ilə çimərkən qəflətən dənizin dərinliyinə düşüb və boğulmağa başlayıb. Ümumiyyətlə, üzməyi bacarmayan İlham Tumasın boğulduğunu görən dostları ona kömək etməyə çalışıblar.
Dostları jurnalisti bir dəfə dərinlikdən dartıb çıxarsalar da dalğa yenidən onu suyun dərin yerinə atıb. Bu dəfə onun ardınca suya baş vuran dostlar özləri də boğulmaq təhlükəsi yaşayıblar. Bunu görən dostlar yaxınlıqda çimən insanları köməyə çağırıblar və onlarla birlikdə İlham Tuması xilas ediblər.
Qazilər.az saytı məsələ ilə bağlı İlham Tumasla əlaqə saxlayıb. O, faktı təsdiq edbi. Hazırda özünü yaxşı hiss etdiyini, həyatı üçün heç bir təhlükə olmadığını bildirib: “Özüm Sumqayıtda böyüsəm də üzə bilmirəm. Elə dərin olan yerdə çimmirdik. Hər şey bir anın içində baş verdi. Qəflətən dərinliyə düşdüm. Dənizin dibinə batdım...Şükür Allaha, hər şey yaxşı qurtardı. Yanımda olan dostlarımdan birini adını çəkib ailəsinə narahatçılıq yaratmaq istəmirəm. Amma Rey Kərimoğlunun adını çəkə bilərəm. Açığı, məni Rey Kərimoğlu və o dostum xilas elədi.”
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi





































.jpg)
.jpg)
