Hadisə
Sumqayıtda İNANILMAZ HADİSƏ: 5-ci mərtəbədən düşən uşağı göydə tutdu - VİDEO
Sumqayıtda filmləri xatırladan qeyri-adi hadisə baş verib. Hündür binadan düşən uşağı yoldan keçən bir qadın göydə tutub. Güclü zərbədən qadın yerə yıxılsa da, onların heç biri ciddi zədə almayıb.
Hər kəsi heyrətləndirən hadisə dünən günorta saatlarında Sumqayıt şəhərində olub. 3-cü mikrorayon, ev 11/18- ünvanında 5-ci mərtəbədə evdə tək olan uşaq balkona çıxıb. Orada oynayarkən qəfildən aşagı düşüb.
Şahidlərin sözlərinə görə 3-cü mərtəbədə qonşu döşək səribmiş, oraya düşüb sürət azalıb, sonra sürüşüb. Uşağın əlləri 2-ci mərtəbədə paltar qurutmaq için istifadə olunan ipə ilişib. Bu zaman yoldan keçən həkim Çiçək Cahangirova uşagın sallandıgını görüb. Təcili Tibbi Yardım stansiyasınınn həkimi olan Çiçək Cahangirova özünü itirmədən onu yerə düşməmiş göydə tutub.
Güclü zərbədən qadın yerə yıxılsa da, heç biri ciddi zədə almayıb. uşağın həyatını xilas edən həkim vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb. Oradan da 5 yaşlı Cavidi uşaq xəstəxanasına aparıblar.
Həkimlərin sözlərinə görə Caviddə heç bir ciddi xəsarət müşahidə olunmayıb və o, özünü normal hiss edir. Sadəcə əli ipə ilişdiyi üçün zədələnib.
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi





















_(1).jpg)















.jpg)
.jpg)
