Hadisə
Mədən işçiləri nazir köməkçisini qaçırdıb öldürdü
Boliviya daxili işlər nazirinin köməkçisi Rodolfo İllanes tətildə olan mədən işçiləri tərəfindən dünən qaçırılaraq öldürülüb.
Publika.az “Reuters”-ə istinadən xəbər verir ki, ölüm hadisəsi ilə bağlı 100-ə qədər adamın həbs olunduğu və məsulların mütləq cəzalandırılacağı da ifadə edilib.
Nazir Karlos Romero dünən televiziya vasitəsilə baş verənlərə münasibətini bildirib: "Bu anda bütün məlumatlar nazir köməkçimiz Rodolfo İllanesin xaincə və alçaqca qətl edildiyini göstərir".
Romero, İllanesin dünən paytaxtdan 100 km uzaqlıqdakı Panduro bölgəsinə gedərək buradakı aktivistlərlə görüşmək istədiyini, lakin mədənçilər tərəfindən qaçırıldıqdan sonra öldürüldüyünü söyləyib.
Etirazçılar daha çox mədən sənədi verilməsini, ətraf qoruma qaydalarının yumşadılmasını, xüsusi şirkətlərdə iş haqqı və peşələrdə daha çox təmsil haqqı istəyirlər.
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi




















_(1).jpg)
















.jpg)
.jpg)
