Hadisə
Qadın avtobus sürücüsünün başına taxta çırpdı - VİDEO
Hadisə bu səhər Elmlər metrostansiyasının qarşısında baş verib.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumat görə, metrostansiyanın qarşısında ortayaşlı bir qadın aləmi bir-birinə qatıb. Qadına xas olmayan nalayiq sözlərdən istifadə edib. O, 206 nömrəli avtobusun sürücüsünü və dayanacaqdakı konduktoru hər kəsin içərisində təhqir edib. Hadisə yerində olan xanımlar onu sakitləşdirməyə çalışıb. Daha sonra qadın, konduktorların oturacaq kimi istifadə etdiyi taxta yeşikləri sürücünün başına çırpıb, konduktorun əlini yaralayıb.
Şahidlərin sözlərinə görə, buna səbəb sürücünün ünvanı səhv eşitməsi olub: "Bu qadın sürücüdən soruşub ki, Respublikanskiyə gedirsizmi? Sürücü də səhv eşidib. Elə bilib ki, sədərəyi soruşur. Səhvən "hə" deyib. Yaşlı kişidir, hər kəsin problemi var. Ola bilər ki, fikirli olsun, səhv eşitsin, saat 5-dən yuxudan durub işə çıxıb. Sürücü də deyib ki, səhv eşitmişəm. Avtobusun nömrəsini də verib ki, o marşrut dediyiniz ünvana gedir. Bundan sonra aləm qarışdı. Qadın qışqır-bağır saldı ki, mən dözə bilmirəm, ürəyim xəstədi, xəstəxanaya çatmalıyam. Getmirdinsə, məni niyə aldadırdın. Bundan sonra mübahisə başladı. Buradakı hər kəs şahiddir, hətta avtobusdakı sərnişinlər də. Gördüyünüz kimi, indi də hamıya şər atır ki, guya onu vurdular, söydülər. Halbu ki, hadisə tam əksinə baş verib".
Əraziyə dərhal PPX, YPX və Təcili Tibbi Yardım əməkdaşları cəlb olundu. Videodan da göründüyü kimi, polislər qadını sakitləşdirməyə çalışırdılar. Daha sonra qadın polis bölməsinə aparıldı.
Ərazidə olan insanlar isə qadının psixi problemli olduğunu söyləyib, bu cür hadisələrin ilk dəfə yaşanmadığını bildirdilər. (faktor.az)
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?






















.png)


















