Hadisə
Yağıntılar dağıntıya səbəb oldu - TOVUZDA
“Ölkə ərazisində son günlər müşahidə olunana leysan yağışları sürüşmə sahələrində elə də ciddi dəyişikliyə səbəb olmayıb. Lakin sürüşmə kütləsinin üzərində az dərinlikli və az uzunluqlu yarğanlar, səthi yuyulma proseslərini yaradıb”.
Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
Onun sözlərinə görə, son yağıntılardan sonra cənub, qərb və şimal bölgələrində çaylarda daşqın, sel hadisəsinə səbəb olub. Sel çay ətrafında olan yol, körpü infrasturukturuna, tikintiyə ziyan vurub: “Baş verən dağıntılar hissə-hissə aradan qaldırılıb. Gədəbəy rayonu Hacılar kəndi, Tovuzda Qarağatlı kəndlərində əvvəlki aylarda sürüşmə prosesi müşahidə edilmişdi. Son leysan yağışları bu ərazilərdə ciddi dəyişikliyə səbəb olmayıb. Bu ay sürüşmə sahələrində ciddi dəyişlik müşahidə edilməsə də, növbəti aylarda atmosfer yağıntıları artdığı halda, sürüşmə sahələrinə də təsir edəcək. Son yağıntılardan sonra Tovuzun Qarağatlı kəndində bir yaşayış evi tamamilə sıradan çıxıb. Evin bircə damı qalıb. Gədəbyin Hacılar kəndində bir ev sürüşmə kütləsinin üzərində yerləşirdi. Lakin bu dəfə həmin evə heç bir ziyan dəyməyib”.
Gülxar
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."




































.jpg)