Hadisə
Nazirlik: "Lənkəranda zəhərlənən şəxslərdə yoluxucu xəstəliklərin əlamətləri var" - VİDEO
"Lənkəran
rayonunun Daştatük kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Son iki gündə ishal, qusma və yüksək temeperatur əlamətləri ilə
ümumilikdə 56 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion
şöbəsinə yerləşdirilib. Onlara zəhərlənmə diaqnozu
qoyulub.
Lənkəran rayon Daştatük kənd icra nümayəndəsi Faiq Köçəriyevin Publika.az-a verdiyi məlumata görə, sakinlərin kütləvi zəhərlənməsində əsas ehtimal içməli su ilə bağlıdır: “Əvvəl kəndin bir su mənbəyi var idi, amma o ehtiyacı qarşılamadığına görə ikinci su xətti çəkildi. Lakin həmin xəttin üstü tam bağlanmamışdı, müəyyən hissələri açıq idi. Üzərində şifer vurulsa da, küləkli havada, yağış yağanda müxtəlif çirkablar suya qarışa bilrdi. Təxmin edirik ki, belə hal olub. Yəni yağış suyu içməli suya qarışıb. Suyun dadında və rəngində heç bir dəyişiklik olmayıb. Amma kənddə toy (yəni hamı toplu şəkildə eyni qidanı yeməyib - G.) olmadığına görə zəhərlənmənin məhz su ilə bağlı olması ehtimal edilir”.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin ümumi əlaməti yüksək temperatur, ishaldır. Bu əlamətlər əsasən, 2-15 yaşlı uşaqlarda müşahidə edilir, ikisi isə orta yaşlıdır: “Ola bilər ki, bu əlamətlər hava şəraitinin kəskin dəyişməsi ilə də bağlı olsun. Çünki havanın temperatur bir anda 40 dərəcədən 20 dərəcəyə düşüb. Lakin dəqiq nəticə analizlərdən sonra bəlli olacaq. Artıq həmin sudan istifadə etmirik”.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Əbülfət Məmmədov Publika.az-a hazırda xəstələr vəziyyətinin normal olduğunu deyib: “Müraciət edənlərin 41-stasionar, 14-ü ambulator müayinəyə cəlb edilib. Səhiyyə Nazirliyi tərəfindən təcili briqada kəndə göndərilib. Epidemoloq, infeksionistlər kənddə olub, nümunələr götürüblər. Müayinələrin nəticələri sabah açıqlanacaq”.
Müraciət edənlərdə müşahidə olunan əlamətlərin zəhərlənmə və ya başqa bir epidemoloji xəstəlikdən olması versiyalarına gəldikdə, Ə.Məmmədov sudan zəhərlənməni ehtimal etdiklərini dedi: “Kənddə nə toy olmayıb, nə də hamısı eyni qidanı qəbul etməyiblər. Hamısının qəbul etdiyi qida sudur. O da təmiz su ilə çirkli suyun qarışmasıdır. Lakin kəndlərdə hər hansı infeksion xəstəliklər müşahidə edilmir”.
***
09:05
Lənkəran rayonunun ucqar Daşdatük kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər daxil olub. Xəstələr son üç gün ərzində zəhərlənsələr də, yalnız bu gün xəstəxanaya müraciət ediblər. Xəstələrin əksəriyyətini 3-12 yaş arası uşaqlar təşkil edir. Onların arasında 2 nəfər böyük də var.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin "Report"a verdiyi açıqlamaya görə, zəhərlənmənin kənd ərazisindəki içməli su mənbəyinin başqa bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. O hazırda nümunələrin Bakıya göndərildiyini və yalnız müayinənin nəticələrindən sonra dəqiq diaqnoz söyləməyin mümkün olduğunu deyib.
Xəstəxanadan verilən məlumata görə, hazırda xəstələrə zəruri tibbi yardım edilir və onların bir qismi sabah səhər evə buraxılacaq.
Gülxar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


