Hadisə
Bakıda ağır qəza: Avtobus körpüyə çırpıldı, 10 yaralı - FOTOLAR
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev Publika.az-a açıqlamasında bildirib ki, qəza zamanı xəsarət alanlardan 1 nəfərə yerindəcə yardım göstərilib, 9 nəfər xəstəxanaya yerləşdirilib.
“Yaralılardan 8-i 3 saylı Şəhər Klinik Xəstəxanasına, 1 nəfər isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ilkin müayinəyə əsasən orta-ağır dəyərləndirilib”.
***
Bakının Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığında ağır avtoqəza baş verib. 60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqdakı körpüyə çırpılıb.
Nəticədə sürücü və 6 nəfər sərnişin yaralanıb. Sürücünün vəziyyətini ağır olduğu deyilir. Hadisə yerinə FHN və DYP əməkdaşları cəlb olunublar. Yaralılar Təcili Tibbi Yardım maşınları ilə xəstəxanaya aparılıb.
Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəzanın baş vermə səbəbi avtobusun əyləc sisteminin sıradan çıxması olub.
Sürücü nə qədər çalışsa da, avtobusu dayandıra bilməyib və qəza qaçılmaz olub.
Təcili Tibbi Yardımdan isə bildirilib ki, xəstələrin vəziyyəti ağırdır. Onların kimlikləri barədə isə hələ ki, məlumat verilməyib. (musavat)
Gülxar
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək


































.jpg)
.jpg)