Hadisə
Bacılarını söydüyü üçün öldürdü - İsmayıllıdakı qətlin TƏFƏRRÜATI
Ötən gecə İsmayıllı rayonu Topçu kəndində Canpolad Hüseynovun bibisi oğlu Hikmət Feyzullayevi öldürməsinin səbəbi bəlli olub.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, onlar arasında əvvəldən heç bir münaqişə olmayıb:
“Həmin gün kənddə toy idi. Hadisə vaxtı hər ikisi də içkili olub. Hikmət Canpoladın bacılarına söyüb, onların haqqında əxlaqsız ifadələr işlədib. Canpolad bundan əvvəl də 15 il həbsdə olmuş adamdı. Onun sözlərinə dözməyib və bıçaqlayıb. Yanlarında iki nəfər də olub, onlar da saxlanılıb, ifadə verirlər. Öldürdüyü bibisi oğlu isə 8 il həbsdə olub.”.
Sakinlər deyir ki, C.Hüseynov əvvəl oğurluğa görə tutulub, sonra həbsdə adam bıçaqlayıb. Ona görə də həbs müddəti uzadılıb. 2012-ci ildə həbsdən çıxıb.
C.Hüseynovun 3 qızı var, sonbeşiyinin 3 yaşı var. Rəsmi şəkildə boşanmasa da, həbsdən çıxandan bir müddət sonra ailəsində münaqişələr olub. Ona görə də yoldaşı evi tərk edib, atası evinə gedib.
Həm C.Hüseynov, həm də bibisi oğlu işsiz olub, tüfeyli həyat tərzi keçiriblər. Onların narkotik istifadəçisi olduğu deyilir.
***
İsmayıllı rayonunda qətl hadisəsi törədən keçmiş məhkum qaçsa da sonradan tutulub.
Toyda bibisi oğlunu öldürən Canpolad Hüseynov qaçıb gizlənsə də, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri keçiriblər və cinayətkar “isti izlər”lə tapılaraq istintaqa təhvil verilib.
***
İsmayıllı rayonunda qətl hadisəsi törədilib. Hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Topçu kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov Canpolad Firudin oğlu toy mərasimində spirtli içki qəbul etdikdən sonra şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bibisi oğlu, 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.
Döş qəfəsi, qarın boşluğu və sol bud nahiyəsindən 3 bıçaq xəsarəti alan Hikmət Feyzullayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib.
Hadisəni törədən Canpolad Hüseynov bıçaqlanma zamanı öz əlindən xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstərib. Canpolad Hüseynov bibisi oğlunun öldüyünü eşidərək xəstəxanadan qaçıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən Canpolad Hüseynovun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, Canpolad Hüseynov 20 il məhkumluq həyatı yaşayıb və həbsxanadan azadlığa bu yaxınlarda çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)
Gülxar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


