Hadisə
Göyçayda mənzildə DƏHŞƏTLİ PARTLAYIŞ: 4 nəfər xəstəxanalıq oldu
Göyçay rayonunda fərdi yaşayış evində qaz sızması partlayışa və yanğına səbəb olub, bir ailənin 4 üzvü yanıq xəsarətləri alıb.
Bu gün saat 08:00 radələrində rayonun Malı-şıxlı kəndində kənd sakini, 1980-ci il təvəllüdlü Həşimov Atəş Millət oğluna məxsus evin mətbəxində qaz sızması baş verib. Hadisə zamanı ev sahibi Atəş Həşimov, həyat yoldaşı 1982-ci il təvəllüdlü Həşimova Kəmalə Rza qızı, övladları - 2006-cı il təvəllüdlü Həşimova Səbinə Atəş qızı və 2009-cu il təvəllüdlü Həşimov Samir Atəş oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yansa da, qalan hissəsi alovdan mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır. (apa)
-
Səhiyyə04:14Bu vitamin ağciyər xərçəngi riskini azaldır
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya19 Noyabr 20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
























.jpg)

.png)











.png)