Hadisə
Eldar Mahmudovun oğlu Nardaranda saxlanıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şefi Eldar Mahmudovla bağlı xəbərlərin ardı kəsilmir. Keçmiş nazir vəzifədən çıxarılandan sonra onun ailə üzvlərindən bəzilərinin xaricə qaçması haqda məlumatlar yayılmışdı. Belə ehtimallar vardı ki, qaçanlardan biri də keçmiş nazirin oğlu Anar Mahmudov olub. Bugünlərdə isə məlum oldu ki, ölkədən gedən Anar Mahmudovun həyat yoldaşı Aida Mahmudovadır.
Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq prezidenti Cahangir Hacıyevin qızı olan A.Mahmudova indi Londondadır. O, orada anası Zamirə Hacıyevaya ilə birgə yaşayır. Hər iki xanım “Beynəlxalq Bank işi” üzrə dindirilməyə çağırılıb və istintaqa gəlməkdən imtina edib. Hacıyevlərin kürəkəni, Eldar Mahmudovun oğlu isə Azərbaycandadır. Onu bir neçə gün əvvəl Bakının Nardaran qəsəbəsində keçirilən reyd zamanı saxlayıblar.
Anar Mahmudov narazı halda reyddə iştirak edən polislərdən saxlanılmasının səbəbini soruşub. Ona bir daha reyd keçirildiyini bildirəndə isə polislərə irad tutub, özünün sıradan biri olmadığına işarə vurub. 33 bahalı maşına sahib olan, maşınlarının nömrə nişanları 009-la bitən A.Mahmudov polislərin onu tanımamasına etiraz edib. Onun sözlərindən belə çıxıb ki, polislər onu mütləq şəkildə tanımalı, reyd olsa belə saxlamalı deyilmişlər...
Polislər Nardarandakı reydlərin məlum əməliyyatların davamı olduğunu və ölkə rəhbərliyinin tapşırığı əsasında keçirildiyini Anar Mahmudova bildirəndən sonra keçmiş nazirin oğlu narazı halda maşına minərək yoluna davam edib.
Eldar Mahmudovun Nardaran qəsəbəsində dəbdəbəli imarəti var. Həmin imarət Eldar Mahmudov nazir olduğu dövrlərdə tez-tez kef məclislərinin keçirildiyi məkanlardan olub. Eldar Mahmudov vəzifədən çıxarılandan və Bilgəhdəki bağ evində nəzarət altına alındıqdan sonra Nardarandakı imarətində də kef məclislərinin arası kəsilib. Anar Mahmudov həmin imarətdə ara-sıra peyda olur. Bu məlumatlar A.Mahmudovun ölkədən çıxışına qadağa qoyulması haqda iddiaları da dolayısı ilə təsdiqləyir.
A.Mahmudov atasının nazirliyi dövründə “Caspian Crystal Holding”də birləşən ailə biznesini idarə edirdi. Bundan əlavə, yayılan məlumatda bildirilir ki, Eldar Mahmudovun oğlu Şamaxı rayonunda yüz hektarlarla torpaq sahəsini də ələ keçirib. (musavat.com)
-
Magazin206:16Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
İdman02:00Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNDİ
-
Qoroskop00:00Günün ULDUZ FALI - Qazanc üçn əla fürsət yaxalaya bilərsiniz
-
İdman16 İyul 23:00Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
Magazin116 İyul 22:12Ayanın İstanbuldakı evi - VİDEO
-
Hadisə16 İyul 21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial16 İyul 20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
Nəqliyyat16 İyul 20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO






































