Hadisə
Pirallahıda VƏHŞİLİK - FOTOLAR
Pirallahı qəsəbəsində sahibsiz itləri günün günorta çağı küçədə güllələyərək öldürüblər. Bu barədə sakinlər məlumat veriblər.
İtlər M.Əzizbəyov küçəsində, 168 nömrəli məktəbin qarşısında, həm də azyaşlıların keçdikləri yolda öldürülüb və heyvan cəsədləri küçədən yığışdırılmayıb.
Sakinlərin sözlərinə görə, əllərində tüfəng olan şəxslər sahibsiz itlərin kütləvi toplaşdığı yerlərə gələrək camaatın gözü qarşısında heyvanlara atəş açıblar. Bəzi itlər öldürülsə də, digərləri yaralanaraq, qanı axa-axa qaçıb gizləniblər. Bütün küçə heyvan cəsədləri, parçalanmış orqanları ilə doludur. İtlərin bir hissəsi küçədən yığışdırılsa da, bəzi cəsədlər hələ də qalır.
Doğrudur, qəsəbə sakinləri dəfələrlə redaksiyamıza sahibsiz heyvanlardan şikayət edərək, Pirallahının sahibsiz itlərin oylağına çevrildiyini, itlərin qorxusundan küçələrdə hərəkət edə bilmədiklərini, sahibsiz heyvanların hücumuna məruz qaldıqlarını bildirmişdilər.
Hətta bununla bağlı rayon sakinləri Pirallahıda sahibsiz itlərə sığınacaq tikmək üçün meriyaya müraciət etsələr də, köməklik göstərən olmamışdı.
Amma Azərbaycan heyvanların qorunması ilə bağlı Avropa konvensiyasına qoşulub. Bu konvensiyaya görə, sahibsiz heyvanları öldürmək olmaz. Əslində, bu heyvanlar Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmalı və idarənin həyətində olan sığınacağa yerləşdirilməli idilər.
Faktla bağlı Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi ilə əlaqə saxladıq. İdarədən virtualaz.org-a Pirallahıda itlərin güllələnməsindən xəbərsiz olduqlarını dedilər:
“Bu barədə məlumatımız yoxdur. İtlər bizim əməkdaşlarımız tərəfindən öldürülməyib. Ümumiyyətlə, həmin vaxt bizim idarənin əməkdaşları Pirallahı rayonunda olmayıblar”.
-
Səhiyyə04:14Bu vitamin ağciyər xərçəngi riskini azaldır
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya19 Noyabr 20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
























.jpg)

.png)











.png)