Hadisə
Dostu ilə zarafatlaşan şəxs onu avtomobili ilə vurdu
Goranboy rayonunda idarə etdiyi avtomobili zarafatla dostunun üzərinə sürən sürücü onu vurub.
Goranboy rayon Polis Şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, Dəliməmmədli şəhərində baş vermiş avtoqəza zamanı piyada, 1985-ci il təvəllüdlü Tural Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Zərərçəkmişin atasının polisə verdiyi məlumata görə, hadisəni oğlunun dostu olan Sadiq adlı şəxs törədib. Belə ki, o, idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən zarafatla yol kənarında dayanan T.Rustəmovun üzərinə sürüb. Oğlu avtomobilin önündən qaça bilməyib. Dostunu vuran sürücü isə hadisə yerindən qaçıb.
Baş vermiş hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...



















.png)


















