Hadisə
Göyçayda partlayış zamanı yanan 4 nəfərdən biri ölüb
Göyçay rayonunda fərdi yaşayış evində baş verən partlayış və yanğın zamanı ağır yanıq xəsarətləri alan bir ailənin 4 üzvündən biri dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 8:00 radələrində rayonun Malı-şıxlı kənd sakini 1980-ci il təvəllüdlü Həşimov Atəş Millət oğluna məxsus evdə baş verən hadisə zamanı Atəş Həşimov, həyat yoldaşı 1982-ci il təvəllüdlü Həşimova Kəmalə Rza qızı, övladları-2006-cı il təvəllüdlü Həşimova Səbinə Atəş qızı və 2009-cu il təvəllüdlü Həşimov Samir Atəş oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq 34 yaşlı Kəmalə Həşimova aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Ailənin digər üzvlərinin həyatı xilas edilib. Lakin, onların vəziyyəti ağır olduğu üçün tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə yola salınıblar.
Qeyd edək ki, partlayışdan sonra yanğın baş verən mənzilə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yansa da qalan hissəsi alovdan mühafizə olunub. Evdə qaz sızması nəticəsində partlayış və yanğının olduğu deyilsə də qonşuların sözlərinə görə ötən gecə səhərədək Mallı-şıxlı kəndində güclü şimşəklə müşaiyyət olunan leysan yağışının yağması zamanı qəflətən həmin mənzili ildırım vurub və nəticədə güclü partlayış və yanğın baş verib.
Hazırda hər iki versiya üzrə araşdırmalar davam etdirilir.
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...



















.png)


















