Hadisə
Toydan qayıdarkən qəzaya düşdülər: 2 ölü - VİDEO
Toydan qayıdan ailə qəzaya düşüb. Nəticədə iki nəfər ölüb.
Hadisə Göyçay rayon ərazisində baş verib. Gəncədən toydan qayıdan Bakı şəhər sakini Məmməd Məmmədov paytaxt istiqamətində hərəkətdə olarkən idarə etməni itirib və avtomaşını aşırıb. Qəza nəticəsində sürücünün həyat yoldaşı Elmira Məmmədova və bacısı hadisə yerində ölüblər.
Maşında olan digər sərnisin-sürcücünün yeznesı xəsarət alıb. Yaralı dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Bakıda isə zəncirvari qəzada 7 nəfər xəsarət alıb. Gecə Bakı dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində şəhər istiqamətində hərəkətdə olan qumla dolu yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü avtomobilə arxadan çırpılıb. Qəzada yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə xilasedicilər cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.
Xilasetmə əməliyyatının sonunda yüksək sürətlə hərəkətdə olan başqa bir minik maşınının sürücüsü idarəetməni itirərək Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını vurub. Nəticədə xilasedicilər müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. 28 yaşlı Vüsal Şabanov, 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Ziyəddin Yəhyayev və Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb. Qəzanın dəqiq səbəbi təyin olunan ekspertizanın rəyindən sonra məlum olacaq.
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...



















.png)


















