Hadisə
Şimali Koreya nüvə sınağı keçirdi, 5,3 bal gücündə zəlzələ oldu
Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) sayca 5-ci nüvə sınağını həyata keçirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəhbərliyi bəyan edib.
Məlumatda deyilir ki, Şimali Koreya lideri Kim Çen In indiyədək 5-ci nüvə sınağını reallaşdırıb: “Sonuncu nüvə sınağı ən güclü təkanlarla qeydə alınıb. Nüvə sınağı nəticəsində Cənubi Koreyanın şimal-şərqində güclü zəlzələ meydana gəlib. ABŞ-ın Geoloji Araşdırma Mərkəzi sözügedən nüvə sınağı zamanı zəlzələ ilə yanaşı böyük partlayışın da əmələ gəldiyini qeydə alıb. Peykdən əldə edilən görüntülər isə BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırılıb. Hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili toplantı çağırması gözlənilir”.
Seul rəhbərliyi bəyan edib ki, Şimali Koreyanın sonuncu nüvə sınağı bu ilin yanvar ayındakı testdən iki dəfə güclü təkanlar yaradıb.
Baş verən hadisəyə görə Cənubi Koreyanın lideri Park Geun-hye Laosda keçirilən Cənub Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) zirvə toplantısında iştirakını yarımçıq qoyaraq ölkəsinə qayıdıb.
Hadisə ilə əlaqədar Yaponiyanın baş naziri Shinzo Abe də açıqlama verib. O deyib ki, Şimali Koreyanın bu cür təhdid yaradan nüvə sınağı əsla normal qəbul edilə bilməz.
Yaponiya baş naziri radiasiyanın ölçülməsi üçün bölgəyə xüsusi təyyarə göndərildiyini söyləyib.
Xatırladaq ki, ötən gün Şimali Koreya lideri Kim Çen In ölkəsinin 5-ci nüvə sınağının uğurla həyata keçirildiyini bəyan edib.
***
Nüvə sınağının keçirildiyi poliqonda 4,8-5,3 bal gücündə zəlzələ meydana gəlib.
Amerika Geologiya Xidməti zəlzələnin Rusiyanın Primorya diyarında da hiss olunduğunu bildirib.
Cənubi Koreya prezidenti Pak Kın Xe və Yaponiya hökumətinin rəsmi nümayəndəsi Yesixide Suqa baş verənləri Şimali Koreya rəhbərinin “manyakal dəliliyi” adlandırıb.(modern.az)
Vasif Həsənli
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


