Hadisə
Bakıda yeraltı keçidə aşan “Range Rover”ə 8 minlik "CƏRİMƏ KƏSİLDİ" – FOTOLAR
Bakıda dünən axşam “Range Rover Vogue” markalı avtomobilin qəza törədərək yeraltı piyada keçidinin içinə düşməsi nəticəsində yol təsərrüfatına dəymiş ziyanın məbləği müəyyənləşib.
“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında baş vermiş qəza nəticəsində yol təsərrüfatına ilkin hesablamalara görə 8000 manat ziyan dəyib.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.
***
Bakının mərkəzində ağır qəza baş verib. Hadisə dünən gecə saatlarında, Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında baş verib.
Belə ki, “Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırdıb. Qəza nəticəsində avtonəqiyyat vasitəsi yeraltı piyada keçidinin içinə düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin aşması nəticəsində üç nəfər ciddi xəsarət alıb. (oxu.az)
İlkin məlumata görə, yol-nəqliyyat hadisəsinin başvermə səbəbi sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub.
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO














.jpg)


















.jpg)
.jpg)