Hadisə
Toyda anasının ölüm xəbərini eşidən sürücü qəza törətdi - VİDEO/FOTO
Toyda analarının ölüm xəbərini alaraq qayıdan şəxslər yolda qəzaya düşüblər.
Publika.az Kanal S-ə (Region TV) istinadən
xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun
75-ci km-də, Şəkinin Cuma kəndi ərazisində qeydə alınıb.
Qaxın Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi
"Mercedes" markalı avtomobillə, eyni istiqamətdə hərəkət edən
Şəkinin Cuma kəndi ərazisində yaşayan məcburi köçkün Vaqif
Abdullayevin idarə etdiyi VAZ 21 011 markalı avtomobil
toqquşub.
Toqquşmanın təsirindən "Mercedes" markalı avtomobil yol
kənarındakı çökəkliyə aşıb.
Hadisə nəticəsində "Mercedes"də olan 4 sərnişin- Qaxın Turaclı kənd
sakinləri Vəliyeva Diləfruz Əsəd qızı, Əsədova Tünzalə Məhəmməd
qızı, Həsənova Sevgili Köçəri qızı və Həsənov Səbuhi Əsəd oğlu
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım
briqadaları ilə Şəki MRX-yə çatdırılıb.
İlkin məlumatlara görə, qəzaya səbəb yüksək sürət və dönmə
əməliyyatının düzgün yerinə yetirilməməsi olub. Qəza nəticəsində
hər iki avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, MerCedes markalı avtomobilin sürücü və sərnişinləri
Mingəçevir rayonunda toyda olarkən onlara analarının öldüyü
xəbərini veriblər və onlar məclisi tərk edərək dərhal Qax rayonuna
yas mərasiminə tələsiblər.
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO














.jpg)


















.jpg)
.jpg)