Hadisə
Saatlıda evlərdən oğurluq edən şəxs saxlanılıb
Saatlıda evlərdən oğurluq edən narkotik vasitə aludəçisi saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyat zamanı üzərində narkotik vasitə olan heroin daşıyan, rayonun Qıraqlı kənd sakini, dəfələrlə məhkum olunmuş Quliyev Əfqan Abbasqulu oğlu saxlanılıb.
Əməliyyat zamanı onun evinə baxış keçirilən zaman oradan 406 qram çəkidə narkotik tərkibli marixuana aşkar edilib. Həmçinin istintaqın gedişi zamanı saxlanılan şəxsin Saatlı rayonu ərazisində evlərdən xeyli sayda müxtəlif adda məişət əşyaları oğurladığı məlum olub. Belə ki, Ə.Quliyev Saatlı şəhərində Nuriyeva Şirinxanım Məhərrəm qızının evindən 9 min manat, həmçinin Əhmədova Hicran Süleyman qızının da evindən 9 min manat dəyərində müxətlif ev əşyaları oğurlayıb. Bundan başqa Əfqan həmkəndlisi Kazımova Güləbətin Fəxrəddin qızının evindən 1640 manat dəyərində, qardaşları Quliyev Tural və Quliyev Emilə məxsus evlərdən də məişət əşyaları oğurlayıb.
Ümumilikdə Ə.Quliyevin 20 min manat dəyərində məişət əşyaları oğurladığı üzə çıxıb. Əməliyyat zamanı oğurlanan əşyaların əksər hissəi polis tərəfindən müsadirə edilib. Saxlanılan Ə.Quliyev barəsində İmişli rayon məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib.
Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...
-
Rəsmi xronika10:16İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə getdi - FOTO
-
Dünya09:30Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər
-
Region08:31İstanbulda dəhşət: Altımərtəbəli yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
-
Avropa08:2470 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi




















.png)


















