Hadisə
Bakıda DƏHŞƏT: Milli Məclisin sabiq sektor müdiri baltalandı - YENİLƏNİB
Dünən əri tərəfindən baltalanaraq qətlə yetirilən qadınla bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Lent.az-a bu barədə qətlə yetirilən Fəridə Məcidovanın yaxınları məlumat verib.
Onlar bildiriblər ki, F.Məcidovanın övladı olmayıb. 30 ilə yaxın Milli Məclisdə çalışıb və bir neçə il bundan əvvəl təqaüdə çıxıb. Onun maliyyə durumunun çox yaxşı olduğunu da qeyd edirlər.
Bir yerdə çalışdığı Milli Məclisin əməkdaşları onun nə qədər dürüst olduğunu və işini çox yaxşı bildiyini deyiblər: “Bir sözlə əxlaq nümunəsi olub. Hələ də özümüzə gələ bilmirik. O cür qadın heç kəsə ziyan vura bilməzdi.”
Yaxınlarının sözlərinə görə, onun əri Məzahir Qasimi ilə aralarında ev söhbəti düşüb. Bundan sonra mübahisə qızışıb və əri tamah məqsədi ilə onu amansızcasına qətlə yetirib.
Qeyd edək ki, sentyabrın 9-da Səbail rayon Polis İdarəsinin yaydığı məlumata əsasən Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında yaşayan Məzahir Qasımi həyat yoldaşı Fəridəyə balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M. Qasımi saxlanılıb.
***
Bakının Bayıl qəsəbəsində həyat yoldaşı tərəfindən baltalanan qadın 30 ilə yaxın dövlət qulluğunda çalışıb bu yaxınlarda yaşı ilə əlaqədar təqaüdə çıxıb.
APA-nın məlumatına görə, öldürülən Fəridə Məcidova Milli Məclis aparatında sektor müdiri vəsifəsində çalışıb və ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. O, ümumən 30 il Milli Məclis aparatında müxtəlif vəzifələr tutub.
Qeyd edək ki, sentyabrın 9-da Səbail rayon Polis İdarəsinin yaydığı məlumata əsasən Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında yaşayan Məzahir Qasımi həyat yoldaşı Fəridəyə balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M. Qasımi saxlanılıb.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya19 Noyabr 20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil19 Noyabr 20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO
























.jpg)


.png)











.png)