Hadisə
Gəncədə ananın 12 yaşlı qızını yandırma səbəbi - ŞOK TƏFƏRRÜAT
Sentyabrın 11-də Gəncə şəhərində törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, 12 yaşlı qızı Vüsalə Quliyevanın üzərinə benzin tökən və onu yandıraraq qətlə yetirən 1975-ci il təvəllüdlü Bülbül Qasımova keçirdiyi bəzi psixoloji sarsıntılardan sonra ruhi xəstə kimi qeydiyyata alınıb.
Onun yaxınlarının sözlərinə görə, V.Quliyevanın atası 1972-ci il təvəllüdlü Füzuli Quliyev bir müddətdir Rusiya Federasiyasına işləməyə gedib. Ailənin tək övladı olan qız isə anası ilə birgə yaşayıb. B.Qasımova dəfələrlə öz qızına qarşı zorakılıq edib. O, sonuncu dəfə Vüsalənin icazəsiz olaraq evdən pul götürməsinə əsəbiləşib, ardınca qızı döyərək yandırıb. Qışqırtı səsinə gələn qonşular ağır yanıq xəsarətləri alan qızı xəstəxanaya aparıblar. Lakin həkimlər tərəfindən göstərilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
B.Qasımova isə hadisə yerindən qaçıb. Hazırda polis tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir və qadının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. (Report)
***
Gəncədə 12 yaşlı qızını yandıran ana qaçıb. Evdən pul
götürdüyü üçün qızı Quliyeva Vüsalə Füzuli qızının üzərinə benzin
tökərək onu yandıran 1975-ci il təvəllüdlü Bülbül Qasımova 3 ildir
ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət
çəkir.
V. Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli Quliyev
Rusiyaya işləmək üçün gedib.
Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B. Qasımovanı axtarır. (APA)
15:04
Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Publika.az xəbər verir ki, 12 yaşlı qız anası tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib.
İlkin məlumata görə, qızın adı Vüsalə Quliyevadır. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir. (Report)
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...
-
Rəsmi xronika10:16İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə getdi - FOTO
-
Dünya09:30Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
-
Rəsmi xronika09:26İlham Əliyev Türkmənistana getdi - VİDEO
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər
-
Region08:31İstanbulda dəhşət: Altımərtəbəli yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
-
Avropa08:2470 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək



















.jpg)

.png)


















