Hadisə
Xüsusi təyinatlılar azərbaycanlı quldur dəstəni belə zərərsizləşdirdi – VİDEO
Moskvada biznesmeni oğurlayıb azad edilməsi üçün 300 min dollar tələb edən azərbaycanlılardan ibarət cinayətkardəstənin üzvləri həbs edilib.
Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, əməliyyat Moskvaətrafı Voskresenks rayonunda keçirilib. Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, banda üzvləri 29 yaşlı kişini (iri biznesmenin qohumu) onun Vostryakovsk keçidindəki evinin qarşısında avqustun 28-də gündüz saatlarında oğurlayıblar.
Cinayətkarlar bir neçə zərbə ilə həmin şəxsi yerə sərəndən sonra onu avtomobilin yük yerinə qoyublar və Moskva vilayətinə aparıblar. Banda üzvləri şəxsi evlərdən birində yerləşib, oğurladıqları şəxsi isə hamamda saxlayıblar və qapını qıfıllayıblar. Yaşları 27 ilə 54 arasında olan Azərbaycan vətəndaşları onun azad edilməsi üçün 300 min dollar tələb edərək məbləğin çatdırılması üçün bir neçə gün vaxt veriblər.
Lakin onlar pulu almağa imkan tapmayıblar. Sentyabrın 8-də onların olduğu evə “Rıs” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri basqın edib və 6 şübhəlini həbs edib. Mütəşəkkil dəstənin üzvlərinin başqa adam oğurluğu cinayətləri törətdiyi də ehtimal edilir. İrina Volk bildirib ki, oğurlanmış şəxs salamatdır və xəsarət almayıb.
-
Dünya09:30Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
-
Rəsmi xronika09:26İlham Əliyev Türkmənistana getdi - VİDEO
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər
-
Region08:31İstanbulda dəhşət: altımərtəbəli yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
-
Avropa08:2470 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin


















.jpg)


.png)


















